Aqropark şirkətində 21 milyon manat zərər yığılıb

22.04.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İD-AGROPARK” MMC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatını dərc edib.

Marja.az hesabata istinadən xəbər verir ki, “İD-AGROPARK” MMC 2024-cü ili 2 milyon 289 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 3 milyon 609 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə “İD-AGROPARK” MMC-nin xalis zərəri 1 milyon 320 min manat və ya  36,6% azalıb. 

“İD-AGROPARK” MMC-nin əsas fəaliyyətindən gəliri 2023-cü ildə 1 milyon 318 miin manat ikən, 2024-cü ildə 1 milyon 497 min manata yüksəlib. 

Ötən il “İD-AGROPARK” MMC-nin cəmi xərcləri 4 milyon 148 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən zərər ilə üzləşir. 

31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC-nin yığılmış zərəri 20 milyon 945 min manat təşkil edib ki, bu da Şirkətin 1009 manat olan nizamnamə kapitalından 20 min dəfəyə yaxın çoxdur. 

31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC 14 milyon 48 min manat cəmi aktivlərə, 34 milyon 142 min manat cəmi öhdəliklərə malik olub. 

İş elanları AzVak.az-da

“İD-Aqropark” MMC-nin əkin sahələri Saatlı rayonunda yerləşir. Şirkət badam, nar, pambıq yetişdirilməsilə də məşğul olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью