Aqroparklara xarici mütəxəssislərin cəlb edilməsi ASANLAŞIR

03.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qabaqcıl texnologiyaların tətbiqi, innovativ idarəetmə və yüksək ixtisaslı insan kapitalı müasir dövrdə kənd təsərrüfatının inkişafına birbaşa təsir göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Nurlan Həsənov Milli Məclisin bügünkü plenar iclasında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təklif olunan dəyişiklik ölkədə aqrar sahənin inkişafını dəstəkləmək, bu sahəyə xarici mütəxəssisləri cəlb etmək və beynəlxalq təcrübədən istifadə imkanlarını genişləndirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, qanun layihəsi aqroparkların rezidentləri tərəfindən Azərbaycana dəvət edilən və müvafiq sahədə təcrübəsi olan aqronomların, bağçılıq mütəxəssislərinin və baytar həkimlərin iş icazəsi almaq tələbindən azad edilməsini nəzərdə tutur.

Nurlan Həsənov qeyd edib ki, təklif olunan tədbir müvəqqəti xarakter daşıyır və 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək tətbiq edilməsi nəzərdə tutulur.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью