Aqroparkların mütəxəssisləri üçün miqrasiya qaydaları sadələşdirilir

27.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, dəyişiklik aqroparkların fəaliyyətinə cəlb olunan xarici mütəxəssislərin miqrasiya məsələlərini əhatə edir.

Layihəyə əsasən, aqropark rezidentlərinin, hüquqi şəxs olduqları halda onların rəhbər vəzifələrini tutan şəxslərin, eləcə də aqropark ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin miqrasiya qaydaları üzrə müvafiq güzəştdən yararlanması nəzərdə tutulur. Bunun üçün həmin mütəxəssislərin cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olması şərt kimi müəyyənləşdirilir.

Qanun 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью