“Aqroservis” auditor seçib

22.01.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASCnizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı audit rəyi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Himmara Audit" MMC-dir.

Qalib şirkətə 7 531 manat ödəniləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью