“Aqroservis” auditor seçir

09.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2024-cü ili üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 93 manatdır.

İddiaçılar təkliflərini yanvarın 27-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 27-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Aqroservis"in 2023-cü il üzrə maliyyə hesabatlarını "Abacus Audit And Consulting" MMC audit edib. Bunun üçün şirkətə 31 860 manat ödənilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью