Aqşin Məmmədzadə qəfil vəfat etdi FOTO

19.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin Dövlət quruculuğu, İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə vəfat edib.

Metbuat.az xəbər verir ki, 64 yaşlı A.Məmmədzadənin ölümü qəfil olub. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ixtisasca hüquqşunas olan Aqşin Məmmədzadə uzun illər Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью