Aqşin Məmmədzadə vəfat etdi FOTO

19.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə vəfat edib.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun 64 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A.Məmmədzadə uzun illərdir Milli Məclisdə çalışırdı. O, parlament Aparatında müxtəlif vəzifələrdə işləyib.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью