Aqşin Yenisey Anara cavan verdi “Kimi sürgün edib, güllələtdiriblərsə...”

31.01.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şair Aqşin Yenisey Yazıçılar Birliyinin onu hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, gün ərzində müxtəlif saytlardan ona zəng vurularaq Yazıçılar Birliyinin belə bir addım atacağı bildirilib. Aqşin Yenisey bu xəbərə həm təəccübləndiyini, həm də təəccüblənmədiyini qeyd edib.

Şair vurğulayıb ki, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv seçilməsindən sonra həmin qurumda baş verən hadisələr barədə nə yazıb, nə də danışıb: “Nə oradakı daxili çəkişmələrə qoşulmuşam, nə də təqaüdlə bağlı problem yaşayıb kimisə tənqid etmişəm. Elza xanım hamıdan əvvəl mənim ağzımı ‘tikdi’”.

Aqşin Yenisey bildirib ki, adının “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan siyahıya salınması ona qaranlıqdır: “Bu qaralama, ləkələmə əmri kimdən gəlib? Kim və niyə mənim adımı ora salıb?”

Şair əlavə edib ki, bu məsələyə təəccüblənməməsinin səbəbi Yazıçılar Birliyinin keçmişini yaxşı tanımasıdır. Onun sözlərinə görə, həmin qurumun tarixində “bizdən olmayanların” təqib olunması, sürgünə göndərilməsi və repressiyalara məruz qalması faktları var.

Aqşin Yenisey deyib ki, bu cür üsullar artıq əvvəlki formada tətbiq olunmasa da, indi hüquqi təzyiq mexanizmləri ilə davam etdirilir: “Vaxtilə kimi sürgün ediblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb”.

Şair vurğulayıb ki, son 35 ildə Yazıçılar Birliyi onun adını ilk dəfə hansısa siyahıya salıb və bu da məhz tutdurmaq məqsədi daşıyır/.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью