AQTA 10 şagirdin zəhərlənməsini araşdırır

17.02.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib. Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью