AQTA 16 yaşlı gəncin nədən zəhərləndiyini ARAŞDIRIR

30.07.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Yevlaxda 16 yaşlı yeniyetmənin zəhərlənərək öldüyü barədə məlumat yayılıb.

Qeyd edilir ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Hazırda məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:

“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью