AQTA 2 5 yaş arasında uşaqların qidalanması ilə bağlı məlumat yayıb

20.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2-5 yaş arası uşaqların qidalanması ilə bağlı məlumat yayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu yaş dövrü uşağın qidalanma vərdişlərinin formalaşması üçün çox önəmlidir.

“Uşaqlar yeni dadları kəşf edir, müxtəlif qidaları sınayır və müstəqil seçim etməyi öyrənirlər.Düzgün qidalanma anemiya, artıq çəki, 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır. Unutmayaq ki, sağlam gələcək, sağlam vərdişlərlə başlayır”,- deyə məlumatda qeyd olunub.

Bu barədə daha ərtaflı link vasitəsilə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью