AQTA 2 aydır bir tomatı yoxlaya bilmir

14.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Bağdan” brendi ilə satışa çıxarılan tomat pastalarının kifli olması ilə bağlı məlumat vermişdik.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı bu ilin fevralın 12-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilmişdi. Sorğumuza verilən cavabda qurum məsələ ilə bağlı araşdırlamalara başladığını, nəticəsinin açıqlanacağını vəd etmişdi.

Lakin üstündən 2 aydan çox vaxt keçməsinə baxmayaraq, AQTA açıqlama yaymayıb, bu istiqamətdə bütün sorğularımız isə cavabsız qalıb.

Qeyd edək ki, bu münasibət AQTA-nın şəffaf fəaliyyət göstərməsinə dair əsaslı şübhələr yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью