AQTA da yüksək vəzifəyə yeni təyinat olub

09.06.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) kadr dəyişikliyi olub. 

"AzPolitika" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Elçin Məmmədov Agentliyin Qida zəncirinə nəzarət şöbəsinə müdir müavini təyin edilib.

O, bu təyinatadək Agentliyin Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Elçin Məmmədov daha əvvəllər Bakı Regional bölməsinin rəis müavini vəzifəsində işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью