AQTA dan Rusiyadan gətirilən konservlərlə bağlı açıqlama

03.12.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya istehsalı olan və halal adı altında satıldığı iddia edilən mal əti konservlərinin tərkibində donuz ətinə aid DNT izlərinin aşkarlandığı barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən məhsulların Azərbaycana da idxal edilməsi mümkündür və bu məsələ ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

AQTA-nın mətbuat xidməti İlkin Kərimov Axar.az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb və hazırda bununla bağlı araşdırma aparılır:

“Qeyd olunan məlumatlar diqqətlə araşdırılır. Məsələ agentliyin nəzarətindədir. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью