AQTA “Doğru seçim, yüksək nəticə” kampaniyasını davam etdirir

15.05.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihənin növbəti qonağı kikboks üzrə dünya çempionu Sürət Qarayev olub. O, idmanla məşğul olan hər kəsə çağırış edərək bildirib ki, dövlət qeydiyyatından, nəzarətdən keçməmiş hər hansı idman qidasından və bioloji aktiv qida məhsulundan istifadə etməsinlər, çünki belə qidaların qəbulu insan həyatı üçün ciddi risk daşıyır.

Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью