AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

27.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Köstəndil vilayətinə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Serbiyanın Şumadiya dairəsində blutanq xəstəliyi, Fransanın Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi, Polşanın Velikopolsk inzibati ərazisində nyukasl xəstəliyi, Kambocanın Otdar Mean Çey əyalətində, Amerika Birləşmiş Ştatlarının Ayova, Viskonsin ştatlarında, Slovakiyanın Jilina diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью