AQTA əməkdaşları qəssablardan rüşvət alıb? Açıqlama + Video

25.10.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yasamal rayonundakı qəssabxanalarda monitorinq keçirib.
Yeniavaz.com
Baku TV-yə istinadən xəbər verir ki, bu zaman AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala yaşanıb.
Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.
“Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.
AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:
“Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.
Daha ətraflı:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью