AQTA əməkdaşlarına medallar təqdim edildi

18.08.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 23 iyun tarixli Sərəncamına əsasən, qida təhlükəsizliyi və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim edilib.

Gununsesi.info  xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli təltif olunan əməkdaşlara medalları təqdim edib.

Tədbirdə bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və bu sahədə nəzarət sisteminin daha da təkmilləşdirilməsi əsas vəzifələrdən biridir.

Qoşqar Təhməzli əməkdaşlara qida təhlükəsizliyinin təmin olunması istiqamətində göstərdikləri səmərəli xidmətə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Günay

Gununsesi.info  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью