AQTA heç bir xəstəlik tapmadı

27.07.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AQTA təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçirib.

"Yeni Sabah" xəbər verir ki, monitorinqlər 55 rayon və şəhərini (Naxçıvan Muxtar Respublikası daxil) əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib.

Ümumilikdə 3 223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb. Marqarita pizza

Nəticələrə əsasən, xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı epizootoloji göstərici müəyyən edilməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью