Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İtaliyanın Abruzzo və Molise "Giuseppe Caporale" Eksperimental Zooprofilaktika İnstitutunun nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn formatda görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə fərdi identifikasiyanın heyvan xəstəliklərinin erkən mərhələdə aşkarlanması, baytarlıq nəzarətinin gücləndirilməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirdə heyvanların identifikasiyası və qeydiyyatı sahəsindəki İtaliya təcrübəsi barədə məlumat verilib. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.