AQTA nın irad bildirdiyi şirkət dövlət sifarişi aldı

03.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Dövlət Radiotezliklər İdarəsi içməli suyun satın alınması üçün 45 340,32 manat dəyərində satınalma müqaviləsi bağlayıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı "İKAR-QRUP" MMC ilə müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən şirkət 2012-ci ildə təsis edilib və nizamnamə kapitalı 20 manatdır. pizza sifarişi

2023-cü ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Elmas" əmtəə nişanlı qablaşdırılmış su məhsulu ilə bağlı uyğunsuzluq aşkarlamışdı. Belə ki, məhsulun üzərində suyun mənbəyi "Abşeron rayonu, Zirə kəndi, artezian suyu" kimi göstərilsə də, eyni zamanda "mineral süfrə suyu" ifadəsi də yer almışdı. AQTA bu uyğunsuzluğun aradan qaldırılması üçün etiket məlumatlarının dəyişdirilməsini tələb etmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью