Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aqrar məhsulların qida təhlükəsizliyi tələbləri müəyyən edilib və bu sahədə sahibkarlara daim dəstək göstərilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes Festivalları mühüm təcrübə və əməkdaşlıq platformasına çevrilib.
“Bu tədbirlərdə iştirakımızın əsas məqsədi praktik mexanizmlər vasitəsilə qida təhlükəsizliyi sahəsində sahibkarlara dəstək göstərməkdir”, – deyə Qoşqar Təhməzli vurğulayıb.
Əli Hüseynov