AQTA şirniyyat hazırlanan müəssisəni bağladı Fotolar

30.01.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakının Sabunçu rayonunda fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində apardığı yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi məlum olub.
Yeniavaz.com
qurumun yaydığı məlumata istinadla xəbər verir ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.
“Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub”, - məlumatda deyilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью