Icma.az, 525.az saytına istinadən bildirir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın əhəmiyyətini
525.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, "Sözdən əmələ keç, sağlam qidalanmanı seç!" adlı layihə
Layihə istehlakçılara sağlam qidalanma vərdişlərini aşılayacaq.
Həmçinin bu təşəbbüsün ölkəmizdə sağlam həyat tərzinə töhfə verməsi hədəflənir.
Kampaniya AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılacaq.
Bu layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil ediləcək, ictimai yerlərdə təşviqat xarakterli kampaniyalar keçiriləcək.
Həmçinin sosial mediada sağlam qidalanma ilə bağlı maraqlı informasiyalar yayımlanacaq, mütəxəssislərin iştirakı ilə diskussiyalar aparılacaq.
"Sözdən əmələ keç, sağlam qidalanmanı seç!" layihəsi hər kəsi sağlam qidalanma haqqında düşünməyə və qida israfını azaltmaq üçün praktik addımlar atmağa çağırır.