Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üç qənd məhsulunda uyğunsuzluq aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Agentlik keçirdiyi monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən tica
Götürülən nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə labora
Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Lakin 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.
Eyni zamanda müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.