Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurasını təmsil edən qurumların kommunikasiya üzrə məsul şəxsləri ilə görüş olub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və bu sahədə effektiv kommunikasiyanın qurulması məsələləri müzakirə edilib.
Müzakirələrdə istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər irəli sürülüb.