AQTAnın əməkdaşları Fəxri xiyabanda

12.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. SİA xəbər verir ki, anım günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiram bildirib, abidəsi önünə gül dəstələri düzüb.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью