AQTAnın sədr müavini: “Vahid Sağlamlıq” konsepsiyası xüsusi aktuallıq kəsb edir AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş “Vahid Sağlamlıq” konsepsiyası xüsusi aktuallıq kəsb edir. Bu konsepsiya insan, heyvan və ekosistemin sağlamlığının optimal səviyyələrinə çatmağa və bunlar arasında davamlı tarazlığa nail olmağa yönəlmiş vahid yanaşmadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayevanın (COP29) çərçivəsində keçirilən “Vahid Sağlamlıq Konfransı”nda deyib.

“Bu konsepsiya qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью