Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni kadr təyinatları olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AQTİ-nin İdarə Heyətinin sədri Ramazan Nəbiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elsevər Elçin oğlu Zeynalov İnstitutun Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri təyin edilib.
Vüqar Şahin oğlu İsmayılzadə Keyfiyyətə nəzarət departamentinin müdiri, Atalızadə Aqşin Sabir oğlu isə Hüquq şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
Əvvəl Normativ-texniki sənədlərin ekspertizası şöbəsinin müdiri vəzifəsini icra edən Nigar Qorxmaz qızı Həşimova həmin şöbənin müdiri təyin olunub.