AQTİ nin laboratoriyası daha bir uğurlu nəticə əldə edib | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 fevral, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.
“Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gü
Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur”, - deyə məlumatda bildirilib.
Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib.
Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.
AQTİ-nin məlumatında qeyd edilib ki, bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir.
Tam oxu
Xəbəri oxu