Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmiyyət daşıyacaq.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) laboratoriya kompleksinin layihə-smeta sənədlərinin hazırlanmasına 624 min 583,33 manat sərf edəcək.
Laboratoriya kompleksinin yaradılması qida məhsullarının təhlükəsizliyinin qiymətləndirilməsi, müvafiq laboratoriya müayinələrinin aparılması və bu sahədə texniki imkanların genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Bununla belə, kompleksin konkret fəaliyyət istiqamətləri və texniki imkanları barədə məlumat layihələndirmə sənədləri hazırlandıqdan sonra dəqiqləşəcək.