Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bildirib ki, Qərb Ermənistanın təhlükəsizliyini təmin edə və ya heç bir təminat verə bilməyəcək.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri "RİA Novosti"yə müsahibəsində deyib.
"Mən düşünmürəm ki, amerikalılar və ya avropalılar Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Belə bir şey varsa, qoy belə desinlər.
Sənədə qol çəksinlər. "Ermənistanı təslim edin” deməyəcəklər, amma imza atsınlar ki, bütün Avropa İttifaqı zəmanət verir",- Abramyan deyib.
Onun sözlərinə görə, indiyə qədər Qərb İrəvanı Rusiya hərbi bazasını bağlamağa çağırmaqla kifayətlənib: "Deyirlər zəmanət veririk, onları aydın şəkildə imzalayıb, açıq şəkildə söyləyin və yol xəritəsini göstərin.
Yalnız Aİ-nin müşahidə missiyasını göndərməklə işlərini bitmiş hesab edirlər.
Eləcə də Rusiya bazasını əvvəlcə çıxarın, sonra nə zəmanət verəcəyimizi düşünirik deyirlərəcəyik".