“Aradakı balans pozulub” Ermənistan müxalifəti narahatdır

26.01.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“2026-cı il üçün Azərbaycan hərbi büdcəsini təxminən 44% artırıb, bu isə regionda mövcud hərbi tarazlığın daha da pozulmasına səbəb olur”. Bu sözləri Ermənistanın müxalifətdə olan “Respublika” Partiyasının deputatı Tiqran Abramyan sosial şəbəkəsindəki paylaşımında yazıb.

Bakupost.az Ermənistan mediasına ixtinadən xəbər verir ki, Abramyan sözlərinə görə, Ermənistan eyni dövrdə hərbi büdcəsini 15-16% azaldıb, həmçinin müddətli hərbi xidmətin müddətini qısaldıb və bir sıra digər addımlar atıb ki, bunlar hazırkı vəziyyətə uyğun gəlmir.
“Mən iddia etmirəm ki, müharibə bu il və ya gələn il qaçılmazdır. Amma qeyd etmək istəyirəm ki, artıq pozulmuş hərbi balans Azərbaycan ilə Ermənistan arasında daha da dərinləşir və bu, Bakıya Ermənistan üzərində həm birbaşa, həm də dolayı təzyiq imkanları yaradır”, – deyə Abramyan bildirib.
O həmçinin qeyd edib ki, bu risklər Ermənistan Xarici Kəşfiyyat Xidmətinin müvafiq hesabatında da əks olunub.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью