Arağa acı istiot qatıb içdi, həbs olundu NAFTALANDA

28.01.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naftalanda arağa toz şəklində istiot töküb içəndən sonra bacısı ilə dalaşan həbs olunub.

Lent.az xəbər verir ki, şəhər sakini 49 yaşlı Mahmud Qocayevin (ad və soyad şərtidir) sözlərinə görə, səhhətində nasazlıq olduğu üçün marketdən araq alıb. Arağın tərkibinə toz şəklində istiot əlavə edərək, içib.

Məlumata görə, Mahmud həmin gün bacısı ilə mübahisə edib və qadın bununla bağlı polisə şikayət edib. Şikayət əsasında polis əməkdaşları onun yaşadığı evə gəliblər. Mahmud isə hasarın dibində əyilərək, gizlənib. Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşanda isə bacısına əsəbiləşdiyi üçün nalayiq ifadələr işlədib və polisin tələbinə məhəl qoymayıb.

Nəticədə Mahmud saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub. M. Qocayev ifadəsində əməlindən peşman olduğunu deyib.

Naftalan şəhər Məhkəməsinin qərarı ilə M. Qocayev 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью