Arağın məskənində zavodlar bir bir bağlanır Gözlənilməz proses başladı

13.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada güclü spirtli içkilər istehsal edən müəssisələrin sayı sürətlə azalır.
Bizim.Media xəbər verir ki, əhalinin alkoqollu içkilərdən istifadəsinin azalması, qiymətlərin yüksəlməsi və iri şirkətlərin bazarda üstünlük qazanması xüsusilə araq istehsalçılarını çətin vəziyyətə salıb.
Lenta.ru analitiklərin məlumatlarına istinadən Rusiyada spirt və güclü alkoqollu içkilər istehsal edən şirkətlərin sayının son bir ildə 7,4 faiz azaldığını bildirib.
2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, ölkədə bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 377-yə düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 şirkət azdır.
Müəssisələrin sayının azalmasının əsas səbəbi fəaliyyətini dayandıran və ləğv edilən şirkətlərin çoxalmasıdır. İlin əvvəlindən bu sahədə cəmi bir yeni şirkət qeydiyyata alınıb. Həmin müəssisə Çelyabinsk vilayətində yerləşir.
 

Mütəxəssislərin fikrincə, yaranmış vəziyyətdən ən çox araq istehsalçıları zərər çəkir. Rusiya vətəndaşlarının spirtli içkilərdən istifadəsi azalır, eyni zamanda güclü alkoqollu məhsulların qiyməti yüksəlir.


Qiymət artımının əsas səbəblərindən biri alkoqol bazarında iri şirkətlərin birləşməsi və bazar paylarını artırmasıdır. Böyük istehsalçılar pərakəndə satış qiymətlərini yüksəltdikcə kiçik müəssisələr rəqabətə davam gətirə bilmir və fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar. (Musavat.com)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью