Icma.az, Ayna saytına istinadən bildirir.
Erməni siyasətçi istehza ilə Mark Tvenin məşhur fikrindən sitat gətirib
Bu gün Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclası keçirilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, iclasın gündəliyindəki əsas məsələ parlamentin daimi komitələrinin sədrləri vəzifələrinə namizədlərin müzakirəsi olub.
İclasdan əvvəl jurnalistlər Baş nazirin aparat rəhbəri Araik Harutyunyana istefası ilə bağlı yayılan məlumatlar barədə sual veriblər.
Harutyunyan istehza ilə Mark Tvenin məşhur fikrindən sitat gətirərək cavab verib: "Ölüm şayiələri çox şişirdilib".