Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın ABŞ ilə danışıqlara dair ikigünlük planı hələ də qüvvədədir.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı deyib.
Arakçı İranın ikigünlük planının hələ də masada olduğunu qeyd edib:
"Bu plan ağlabatan və balanslıdır. İranın tələbləri yerinə yetirilərsə, bu, qısa müddət ərzində Hörmüz boğazının açılmasına və yekun razılaşmaya nail olmaq üçün danışıqların başlanmasına səbəb ola bilər. Lakin biz hələ onu həyata keçirmək mərhələsinə çatmamışıq".
O, İranın tələblərinin qəribə və ya yeni bir şey olmadığını bildirib:
“Vasitəçi ölkələr, yəni Qətər və Pakistan səylərini davam etdirirlər və tərəflər arasında bu planın həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparırlar”.