Arakçı Fidanla danışdı: Raketlər İranın deyil...

10.03.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüş zamanı Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu və Ankaranın bu hücuma qarşı tədbirlər görməyə davam edəcəyini diqqətə çatdırıb.

Arakçı isə öz növbəsində Türkiyə hava məkanını hədəf alan raketlərin İrandan qaynaqlanmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırmaların aparıldığını qeyd edib.

Bundan əlavə, türkiyəli nazir bütün tərəfləri regional təhlükəsizliyi poza və mülki şəxslər üçün risk yarada biləcək addımlarla bağlı diqqətli olmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью