Arakçı Obama ilə aparılan danışığı yüksək qiymətləndirdi

10.03.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biz təzyiq və hədə-qorxu ilə danışıqlar aparmayacağıq. Mövzu nə olursa olsun, biz belə bir danışıqları düşünmürük. Danışıq zorakılıq və əmr verməkdən fərqlidir.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X hesabında yazıb.

O, Barak Obama komandasının keçmiş prezident Həsən Ruhani hökumətinin nümayəndələri ilə apardığı danışıqları yüksək qiymətləndirib:

“Keçmişdə Amerika nə vaxt İrana hörmətlə yanaşırdısa, qarşılıqlı hörmətlə qarşılanırdı”.

Arakçı Tehranın Avropa ölkələri, Rusiya və Çinlə qarşılıqlı hörmət çərçivəsində danışıqlar apardığını xatırladıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью