Arakçı Pakistanın ardınca dərhal Hindistana getdi

08.05.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Arakçi Hindistanın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün ötən gün Tehrandan Yeni Dehliyə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Hindistanın yüksək rütbəli rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı məsləhətləşmələrdən əlavə, Arakçı və hindistanlı həmkarı Subrahmanyam Cayşankarın sədrliyi ilə İran-Hindistan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının iclası da keçiriləcək.

Bundan əlavə, səfər zamanı iki ölkə arasında iqtisadi sazişlərin icrasının son vəziyyəti nəzərdən keçiriləcək.

Qeyd edək ki, Arakçı 5 mayda Pakistana səfər edib. Onun Pakistan və Hindistanda iki ölkə arasındakı gərginliyi müzakirə edib-etmədiyi açıqlanmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью