Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İranın xarici işlər naziri Seyid Abbas Arakçı səudiyyəli həmkarı Feysal ibn Fərhan əl-Səudla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığında atəşkəsdən sonra regiondakı son vəziyyət, İran-ABŞ danışıqları müzakirə edilib.
Arakçı həmkarına ABŞ-ın danışıqlarda tələblərinin çox olduğunu, bu səbəbdən razılığın əldə olunmadığını vurğulayıb.