Arakçının BMT də çıxışı ləğv edildi

13.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

BMT İnsan Hüquqları Şurasının fevralın 23-də keçiriləcək iclasında İranın xarici işlər naziri Abbas Arakçının çıxışı ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Noyer X hesabında məlumat yayıb.

Onun sözlərinə görə, İranın xarici işlər nazirinin adı rəsmi natiqlər siyahısından çıxarılıb:

“Qərar Arakçının tədbirə dəvət olunmamasını tələb edən və İsveçrə polisindən onun insanlığa qarşı cinayətlərə görə həbsini istəyən 100 mindən çox imzanın toplanmasından sonra qəbul edilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью