Arakçının Dəməşqdə şaurma yeyərək, bu sözü deməsi… | Icma.az
Icma.az bildirir, Axar.az portalına istinadən. Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də s
Bunu Tehranın özündə də etiraf edirlər. Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Arakçıdır.
Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyəyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur.
Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Arakçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir.
İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var.
Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır.
Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla, indiyə qədər 50 milyard dollar civarında vəsait xərclədiyi haqda məlumatlar var.
İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı.
Tam oxu
Xəbəri oxu