Aral dənizinin şimalında suyun həcmi 42 faiz artıb AZƏRTAC

13.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 13 yanvar, AZƏRTAC

Aral dənizinin şimal hissəsinin qorunub saxlanması layihəsinin birinci fazası çərçivəsində aparılan işlərin nəticəsində suyun həcmi 42 faiz artıb və 27 milyard kubmetrə çatıb.

AZƏRTAC Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dənizdə suyun duzluluq səviyyəsi təxminən 4 faiz azalıb, balıqçılılığın illik həcmi isə 8 min tona qədər artıb.

2024-cü ildə Aral dənizinə 2,6 milyard kubmetr su buraxılıb, suvarma dövründə isə bu rəqəm rekord həcmə - 1 milyard kubmetrə çatıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью