Aral gölünün ekoloji bərpası müzakirə edilib

11.11.2026

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Antalyada keçirilən COP31 sammiti çərçivəsində Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duerte ilə görüşüb.
Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki. görüşdə əsas müzakirə mövzusu Aral gölünün ekoloji bərpası olub. Mirziyoyev ekoloji fəlakətin yarandığı Aral gölünün xilas edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini bildirib. Görüşdə həmçinin "yaşıl" şəhərlərin inkişafı və iqlim layihələri üçün vəsait cəlb edilməsi məsələləri də nəzərdən keçirilib.
Qeyd edək ki, Yaşıl İqlim Fondu ilə Özbəkistanın birgə layihələrinin portfeli 200 milyon dollardan çoxdur. Əməkdaşlıq çərçivəsində Mərkəzi Asiyada iqlim dəyişikliyinə davamlı landşaftların yaradılması üzrə regional proqram təsdiq edilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью