Aralarında 25 yaş fərq olan məşhur cütlüyün evliliyindən 26 il keçir

19.11.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Məşhur aktyorlar Ketrin Zeta-Consla Maykl Duqlasın evliliyinin 26 ili tamam olur.

BAKU.WS xəbər verir ki, bu barədə Maykl Duqlas sosial şəbəkə hesabında paylaşım edib.

"O "26 il... Zaman uçur... Necə də gözəl vaxtlar idi... Yubileyimiz mübarək, əzizim" - deyə Duqlas bildirib.

Qeyd edək ki, Hollivudun ən möhkəm və nümunəvi cütlüklərindən sayılan Oskar mükafatlı aktyorlar Maykl Duqlas və Ketrin Zeta-Cons 26 ildir ki, birlikdədirlər.

Aralarındakı 25 illik yaş fərqinə və media təzyiqlərinə baxmayaraq, onların münasibəti müasir kino tarixinin ən diqqətçəkən sevgi hekayələrindən biri hesab olunur.

Cütlüyün yolları ilk dəfə 1998-ci ilin avqust ayında Fransada keçirilən Dovil Film Festivalında kəsişib.

"Zorro" filmində Ketrin Zeta-Consun aktrisalıq qabiliyyətini görən Maykl Duqlas onunla tanış olmaq üçün mətbuat katibindən kömək istəyib. Onları ortaq dostları Denni DeVito tanış edib.

Bir illik münasibətdən sonra Maykl Duqlas evlilik qərarı verib.

Rəsmi açıqlamalara və CBS News kimi nüfuzlu mənbələrə əsasən, aktyor 1999-cu il dekabrın 31-də ABŞ-nin Kolorado ştatının Aspen şəhərində yerləşən malikanəsində Ketrin Zeta-Consa evlilik təklifi edib.

Duqlas diz çökərək uelsli aktrisaya 1920-ci illərin antik üslubunda hazırlanmış, "Fred Leighton" zərgərlik evinə məxsus 10 karatlıq "markiz" kəsimli brilyant üzük təqdim edib. 2000-ci ilin əvvəllərində onlar ailə qurublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью