Aralarında fikir ayrılığı yarandı Peres narazıdır

18.07.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Real”ın prezidenti Florentino Peres və klubun baş məşqçisi Xabi Alonso arasında narazılıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Bildirilib ki, Peres komandanın klublararası dünya çempionatındakı çıxışını bəyənməyib. “Real”ın yarımfinalda PSJ-yə 0:4 hesablı ağır məğlubiyyəti prezident üçün gözlənilməz olub.

Bundan başqa, tərəflər arasında transfer məsələlərində anlaşılmazlıq və fikir ayrılığı yaranıb.

Nəşr yazır ki, Alonso komandaya Ancelo Ştiller (“Ştutqart”), Nikola Barella (“İnter”) və Kesa Smitin (“AZ Alkmaar”) transfer edilməsini istəsə də, Peres bu variantlarla razılaşmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью