Aralıq dənizi sahillərində yeraltı təkanlar qeydə alınıb

12.11.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bu gün Aralıq dənizi sahillərində üç yeraltı təkan qeydə alınıb.

Moderator.az Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, 5.2 bal gücündə birinci yeraltı təkan Türkiyə vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 13:31-də) baş verib, episentri 15.46 kilometr dərinlikdə yerləşib.

4.8 baş gücündə ikinci zəlzələ saat 12:36-da (Bakı vaxtı ilə 13:36) 3.89 kilometr dərinlikdə qeydə alınıb.

Agentliyin digər məlumatına görə, 3.5 bal gücündə üçüncü yeraltı təkan saat 12:41-də (Bakı vaxtı ilə 13:41-də) qeydə alınıb, episentri 16.13 kilometr dərinlikdə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью