Aralıq dənizində miqrant faciəsi

07.02.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alouahat Polis İdarəsindən verilən açıqlamada Liviyanın ikinci böyük şəhəri Benqazidən təxminən 440 kilometr uzaqlıqdakı Cihara bölgəsindəki bir fermada kütləvi məzarlıqlarda 19 cəsədin tapıldığı bildirilib. Ölümlərin insan alveri ilə əlaqəli olduğu söylənib.

Polis Departamenti Facebook-da Liviya Qızıl Aypara Cəmiyyətinin polis məmurları və könüllülərinin cəsədləri qara plastik torbalara qoyduğunu əks etdirən fotolar yayımlayıb.

Digər tərəfdən, Liviya Qızıl Aypara Cəmiyyəti dünən gecə saatlarında Facebook-da verdiyi açıqlamada paytaxt Tripolidən təxminən 40 kilometr uzaqlıqdakı Zaviyə şəhərindəki Dila limanı sahillərində batmış 10 miqrantın cansız bədənlərinin tapıldığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью