Aralıq dənizində nadir eksponat tapıldı FOTO

28.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aralıq dənizində aparılan sualtı arxeoloji qazıntılar və tədqiqatlar zamanı tarixi baxımdan böyük əhəmiyyət kəsb edən nadir eksponatlar üzə çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, sualtı arxeoloqlar tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində təxminən 2100 illik tarixə malik olan tam komplekt süfrə dəsti aşkar edilərək dəniz dibindən uğurla qaldırılıb. Əsrlər boyu dəniz dərinliklərində qorunub saxlanılan bu tarixi əşyaların dövrün məişət mədəniyyəti, gündəlik yaşam tərzi və Aralıq dənizi hövzəsindəki dəniz ticarəti haqqında tədqiqatçılara dəyərli məlumatlar verəcəyi gözlənilir.

Aşkar olunmuş tarixi tapıntılar konservasiya və bərpa işlərindən sonra ətraflı analiz edilmək üçün müvafiq muzey fonduna təhvil verilib. pizza

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью